Möhtərəm cənab Prezident,
Son vaxtlar dünyada tüğyan edən koronavirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qaldı. Ancaq biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Sizin uzaqgörən siyasətiniz və sistemli tədbirləriniz sayəsində bu infeksiyaya yoluxma hallarının sürətlə yayılmasının qarşısı operativ şəkildə alınır.
Cənab Prezident, aztəminatlı ailələrin həyat şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması üçün verdiyiniz Sərəncamlar, onlara göstərdiyiniz qayğı və bu çətin günlərdə onların yanında olduğunuz üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk.
İnanırıq ki, bu sıxıntılı günlər tezliklə bitəcək. Sizin həmişəki kimi xalqla bir olmağınız buna əsas verir.
Məktəbimizin kollektivi adından Sizə təşəkkür edirik.
Bəli, biz birik və birlikdə güclüyük!
Hörmətlə,
Laçın rayon, 12 nömrəli tam orta məktəbin kollektivi
Azərbaycan Respublikası, Laçın rayonu.